Sabah bu rayonlarda qaz olmayacaq
08.09.2016 900 0.0 0

Abşeron və Qazax magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.
Qazeta.info SOCAR-a istinadla bildirir ki, sentyabrın 9-da saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Ceyranbatan” və Qazax magistral qaz kəmərləri sahəsinin “Köçəsgər”, “Bayramlı” və “Samux” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonunun Сeyranbatan qəsəbəsinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Şəmkir, Samux və Ağstafa rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar