Sabah bu rayonlarda qaz olmayacaq
25.08.2016 1062 0.0 0

Qazeta.info SOCAR-ın mətbuat xidmətinə istinadla bildirir ki, Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq .
Avqustun 26-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Sumqayıt”, “Yaşma” və “Giləzi” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.
Təmir müddətində Abşeron rayonun Yaşma bağ massivi və Tağıyev qəsəbəsinin, Siyəzən rayonun Beştam, Qara Siyəzən, Zarat və Çandahar, Xızı rayonun Şurabad, Yeni Yaşma və Sitalçay kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar