Sabah Bakının bu rayonlarında təbii qaz məhdudlaşdırılacaq
19.08.2015 589 0.0 0
Sabah Bakı şəhərinin Binəqədi və Nərimanov rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

 

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, diametri 159 və 108 mm-lik orta təzyiqli yeraltı qaz xətlərinin istismara yararsız hissələrinin dəyişdirilməsi ilə əlaqədar 20 avqust tarixdə saat 10.00-dan işlər yekunlaşanadək Binəqədi rayonunun 7-8-ci mikrorayonlarının və Dərnəgül yaşayış massivinin, Nərimanov rayonunun Azadlıq prospekti, M.Sənani, X.Şuşinski, S.Rəhmanov, Ç. Zəminli və Ayna Sultanova küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar