Saat 22:00-a diqqət! (FOTO)
20.04.2015 651 0.0 0

Bakıda daha bir yolda avtomobillərin hərəkəti məhdudlaşdırılır.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, Ziya Bünyadov prospektinin Böyükyor yol qovşağından 20 Yanvar dairəsinə qədər olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq.

Yolda hərəkət bu gün saat 22:00-dan etibarən bağlanacaq.

Yolun bağlanmasına səbəb I Avropa Oyunları ilə əlaqədar yol göstərici xətlərin və üfüqi nişanların rənglənməsidir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir./anspress/

 

 


 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar