Saakaşvili Kiyevdə saxlanılıb
09.12.2017 892 0.0 0

Ukraynanın hüquq-mühafizə orqanları Odessa vilayətinin sabiq qubernatoru, "Yeni qüvvələr hərəkatı"nın rəhbəri Mixeil Saakaşvilini saxlayıblar.

Məlumata görə, bu barədə "UNİAN" Saakaşvilinin tərəfdarı David Sakvarelidzeyə istinadən xəbər verib.

Belə ki, David Sakvarelidze özünün "facebook" səhifəsində "Saakaşvilini saxladılar. O, Askoldovaya, Ukraynanın Təhlükəsizlik Xidmətinə aparılır", - deyə yazaraq bildirib.

Ukraynanın baş prokuroru Yuri Luçenko da Saakaşvilinin saxlanılması xəbərini təsdiqləyib.

Qeyd edək ki, Saakaşvilinin təşkilatçılığı ilə Ukraynada hökumət əleyhinə etiraz aksiyaları keçirilir./Report/


Digər xəbərlər:
Şərhlər
avatar