Saakaşvili istintaqa izahat verməkdən imtina edib
06.12.2017 340 0.0 0

Gürcüstanın sabiq prezidenti, Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili istintaqa izahat verməkdən imtina edib. “RT” telekanalına istinadən verilən xəbərə görə, bu barədə “Yeni qüvvələr hərəkatı”nın mətbuat katibi Maryana Poçtar bildirib.   

 

“Saakaşvili  heç bir prosessual sənəd imzalamayıb, nə də almayıb. Nə o özü, nə də vəkilləri. Hətta şübhəli şəxs hesab olunmasına dair belə sənəd təqdim edilməyib”, - deyə Maryana Poçtar bildirib.

 

Onun sözlərinə görə, dekabrın 6-na Ali Radanın qarşısında keçiriləcək brifinqdə M.Saakaşvili vəkilləri ilə birlikdə məsələyə aydınlıq gətirəcək.

 

Qeyd edək ki, Baş Prokurorluq bundan əvvəl M.Saakaşvili barəsində axtarış elan edib. /APA/ 


Digər xəbərlər:
Şərhlər
avatar