Saakaşvili Gürcüstana və Ukraynaya qayıdacağını vəd edib
14.02.2018 790 0.0 0

Ukraynadan Polşaya deportasiya edilən  Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili həm Ukrayna, həmdə Gürcüstana qayıtmaq niyyətində olduğunu bəyan edib.

 

Məlumata görə, bu barədə Mixail Saakaşvili  “Rustavi-2” telekanalına müsahibəsində bildirib.

 

“Mən Ukraynaya qayıdacağam, çünki mənim orada yaşamaq üçün legitim hüququm var. Mən həm də Gürcüstana qayıdacağam. Oliqarxik idarəçilik tezliklə başa çatacaq”, - deyə Saakaşvili telekanala bildirib.

 

 

 

 

Onun sözlərinə görə, hazırkı şəraitdə hər iki ölkəyə qayıdıb vəziyyəti dəyişmək gərəkdir, - deyə M.Saakaşvili qeyd edib.

 

Xatırladaq ki, fevralın 12-də Ukrayna Dövlət Sərhədi Mixail Saakaşvilini Ukraynadan Polşaya göndərib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar