Səyyad Əlizadə reanimasiyaya yerləşdirildi
28.10.2016 1056 0.0 0

Müğənni Səyyad Əlizadənin səhhətində problem yaranıb.

Qafqazinfo”nun məlumatəna görə, yaxınları Azadinform-a deyib ki, onun halı saat 23:00 radələrində qəfildən pisləşib. Müğənnini evində müayinə edən təcili yardım həkimləri onu C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun Reanimasiya şöbəsinə gətirib. Reanimasiya şöbəsindən verilən məlumata görə isə Səyyad Əlizadənin səhhəti ilə bağlı hələ ki, dəqiq diaqnoz qoyulmayıb.

“Evdə idi. Qəfildən halı pisləşdi. Təcili yardım çağırdıq, onlar isə bura gətirməyi qərara aldı. Çox güman ki, ürək-damar sistemində blokada yaranıb”, - deyə müğənninin ailə üzvləri deyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar