Səudiyyə şahzadəsindən İsrail açıqlaması
03.04.2018 760 0.0 0

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman israillilərin öz torpaqlarında yaşama haqqının olduğunu bildirib.

 

Məlumata görə, Salman İsrail haqqında bu ifadələri işlədən ilk Səudiyyə rəsmisi olub. Şahzadənin açıqlamaları Tel-Əviv ilə Ər-Riyad arasında yaxınlaşmanın bir işarəsi olaraq qəbul edilib.

“Yəhudi xalqının ən azından atalarından qalan vətənlərinin bir qismində bir milli dövlətə sahib olma haqqı olub olmadığı” sualına şahzadə belə cavab verib:
“Mən həm fələstinlilərin, həm də israillilərin öz torpaqlarına sahib olma haqqı olduğuna inanıram. Amma hamı üçün sabitliyi təmin etmək və münasibətləri normallaşdıran bir sülh anlaşması mütləq lazımdır. Fələstin xalqının hüquqları və Qüdsdəki müqəddəs məscidin aqibəti məsələsində dini narahatçılığımız var. Mövqeyimiz budur. Digər xalqlara qarşı bir etirazımız yoxdur”./Olke.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar