Səudiyyə Ərəbistanı öz PUA-larının istehsalına başlamağı planlaşdırır
07.03.2022 318 0.0 0

Səudiyyə Ərəbistanı rəhbərliyi hərbi məqsədlər üçün özünün pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlamağı planlaşdırır.

Qazeta.info Trendin məlumatına istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı Hərbi Sənaye Şirkətinin (SAMI) baş icraçı direktoru Vəlid Əbu Xalid bazar günü Ər-Riyadda keçirilən Beynəlxalq Müdafiə Sənayesi Sərgisində deyib.

"Pilotsuz uçuş aparatı 100% yerli istehsal olacaq və Silahlı Qüvvələrimizin silahlanmasına daxil olacaq. Biz PUA istehsal edən və öz cihazlarımızı inkişaf etdirməyə kömək edən müxtəlif xarici şirkətlərlə əməkdaşlıq edirik", - o bildirib.

Bununla belə, şirkət direktoru dünyanın ən böyük sursat zavodlarından birinin yaradılması üzərində iş getdiyini söyləyib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar