Səudiyyə Ərəbistanı bu il neft hasilatını kəskin artıracaq
10.05.2016 487 0.0 0

 Səudiyyə Ərəbistanı 2016-cı ildə neft hasilatını artırmağı və dünya bazarında öz mövqeyini möhkəmləndirməyi planlaşdırır.
 
Məlumata görə, bu barədə dövlət şirkəti olan "Saudi Aramco Oil Co."-nun rəhbəri Amin Nasser deyib.
 
A. Nasser qeyd edib ki, qarşıdan gələn həftələr ərzində şirkət "Shaybah" yatağında hasilatı 33% artıraraq sutkada 1 mln. barrelə çatdırmaq niyyətindədir.
 
"Dünya bazarında vəziyyət qəlizdir, lakin hasilatın artırılması üçün imkanlar var", - deyə A. Nasser bildirib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar