Səudiyyə neft hasilatını dondurmaqdan imtina etdi - İRANA GÖRƏ
01.04.2016 496 0.0 0

 

İran və başqa ölkələrin neft hasilatının dondurulması haqqında razılaşmaya qoşulmayacağı təqdirdə Səudiyyə Ərəbistanı da bu addımı atmayacaq.

 

Qazeta.info APA TV-nin xəbərinə əsasən bildirir ki, bu açıqlamanı Səudiyyə şahzadəsinin köməkçisi, eyni zamanda ölkənin müdafiə naziri Məhəmməd bin Salman "Bloomberg" agentliyinə müsahibəsində verib. Bununla da o, rəsmi Ər-Riyadın neft hasilatının dondurulması haqqında razılaşmaya İran tərəfinin qoşulmayacağı təqdirdə belə müqaviləni imzalayacağı haqqında deyilənləri təkzib edib.


Səudiyyəli nazirin bəyanatına Kreml də reaksiya verib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə iri neft ixracatçıları arasında keçiriləcək görüşün hazırlıq mərhələsində olduğunu bildirərək, hadisələri qabaqlamamağı tövsiyə edib. Aprelin 17-də Qətərin paytaxtı Dohada keçirilməsi planlaşdırılan toplantı barəsində razılıq fevral ayında Rusiya, Səudiyyə Ərəbistanı, Venesuela və Qətər arasında neft hasilatının azaldılması ilə bağlı ilkin anlaşma imzalandıqdan sonra əldə olunub.


Qeyd edək ki, Qətərin neft naziri Məhəmməd bin Saleh əl-Səda ölkəsi də daxil olmaqla, Səudiyyə Ərəbistanı, vRusiya, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Nigeriya, Əlcəzair, İndoneziya, Ekvador, Bəhreyn və Omanın görüşdə iştirak etməyə razılıq verdiyini açıqlayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar