Sərxoş sürücülərə qarşı yeni addım (VİDEO)
11.08.2015 1233 0.0 0

Sərxoş sürücülərin yollarda vəziyyəti faciəli etməməsi üçün də müəyyən addımlar atılır.

ANS TV-nin məlumatına görə, sürücülərin sərxoş vəziyyətdə sükan arxasına oturmamalar üçün yeni maarifləndirici addım atılıb. Bu da onların telefonlarına sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə etmələrilə bağlıdır.

Müraciətdə deyilir: “Əgər spirtli içki qəbul etmisinizsə, heç bir halda avtomobili idarə etməyin. Az miqdarda spirtli içki də sevincinizi kədərə çevirə bilər. Unutmayın ki, sükan arxasında sərxoş vəziyyətdə əyləşməklə özünüzün və başqalarının həyatına qəsd etmiş olursunuz. Sonradan ömür boyu peşmançılıq çəkməkdənsə, bu səhvə yol verməməyə çalışın. İçkilisənsə, sükani unut, ayıq olana etibar et, insan həyatı daha önəmlidir!”

BŞDYPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sürücülərə göndərilən bu SMS-lərin idarə tərəfindən olmadığını, eyni zamanda hardan qaynaqlandığındamn da xəbərsiz olduğunu bildirdi. Amma atılan bu addımı müsbət qarşıladı.

Hər halda təbliğat xarakterli bu tipli SMS-lərin hər hansısa bir qurum və ya təşkilat tərəfindən göndərilməsi təqdirə layiqdir./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar