Sərxoş qadın sürücü polislərlə əlbəyaxa oldu - VİDEO
14.02.2015 1055 0.0 0

 Bakıda sərxoş vəziyyətdə yol polislərinə tabe olmayan qadın sürücü ilə yol polisləri arasında baş verən insidentin video-görüntüləri yayılıb. "Report" həmin görüntüləri təqdim edir.

Qeyd edək ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb. Belə ki, yol polisləri tərəfindən qayda pozduğü üçün saxlanılan KIA markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub. Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib. Sürücü, həm də onları söyüş söyməklə təhqir edib. M.K. hadisə yerinə çağrılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək./report.az/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar