Sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var
26.07.2016 1657 0.0 0

Daşkəsəndə ölümlə nəticələnən yol nəqliyyat qəzası baş verib.

 

Məlumata görə hadisə bu gün axşam saatlarında rayonun Zəylik kəndi ərazisində qeydə alınıb.

 

Məlumata görə, sərnişin daşıyan avtobusun qəzaya uğraması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb. Xəsarət alan Zəylik kənd sakinləri 1994-cü il təvəllüdlü Tural Cəlalov  və həmyaşıdı Fərid Dalov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdiriliblər.

 

Faktla bağlı Daşkəsən rayon Polis Şöbəsində araşdırma aparılır./apa/


Digər xəbərlər:
Şərhlər
avatar