Sərnişin avtobus sürücüsünü bıçaqlayıb öldürdü
16.10.2015 687 0.0 0

Sumqayıt şəhərində avtobus sürücüsü S.Ağayev münaqişə zəminində sərnişini B.Babaverdiyev tərəfindən bıçaqlanması nəticəsində ölmüşdür

Qazeta.info Daxili İşlər Nazirliyinə istinadla bildirir ki, oktyabrın 15-də saat 08 radələrində Sumqayıt şəhər sakini Səmid Ağayevin idarə etdiyi “Hyundai” markalı avtobus 2-ci mikrorayonun ərazisində hərəkətdə olarkən sərnişini, Laçın rayon sakini Bəhruz Babaverdiyev münaqişə zəminində ona bıçaqla xəsarət yetirmişdir. İdarəetmə itirildiyindən avtobus İnşaatçılar qəsəbə sakini Qürbət Əsədovun idarə etdiyi “Mercedes” markalı mikroavtobusa dəymişdir.
S.Ağayev xəstəxanaya aparılarkən aldığı bıçaq xəsarətindən ölmüşdür.

Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində B.Babaverdiyev tutulmuşdur.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar