Sərkisyan Ukraynadan qovuldu
07.11.2016 1056 0.0 0

Ukrayna Dövlət Sərhəd Xidməti Rusiyanın məşhur müğənnisi Kristina Sərkisyanın ölkəyə daxil olmasına icazə verməyib.

 

Bildirək ki, buna səbəb 25 yaşlı ifaçının Ukraynanın yerli qanunlarını pozaraq işğal olunmuş ərazilərə səfər etməsi olub.

 

İnsident bu gün səhər saatlarında Borispol hava limanında yaşanıb. Minskə uçmalı olan sənətçi pasport yoxlanış məntəqəsinə yaxınlaşanda xanım Sərkisyanın Ukrayna qanunlarını pozduğu ortaya çıxıb.

 

Kristinaya Ukrayna cinayət məcəlləsinin 204-cü maddəsinin ikinci bəndi üzrə protokol tərtib olunub. O, 3 il ərzində Ukrayna ərazisinə daxil ola bilməz.  Kristina məhkəmədə iştirakdan və Ukrayna səfərindən rəsmi imtina etməsi haqda ərizə yazıb, indi isə ən qısa zamanda geri dönməyə hazırlaşır./axar.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar