Sərhəd gözətçi gəmisi istifadəyə verildi-VİDEO
14.06.2016 798 0.0 0

Bu gün Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin daha bir sərhəd gözətçi gəmisi istifadəyə verilib. Mərasimdə prezident İlham Əliyev də iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verib.

Qazeta.info "xəzər xəbər"in məlumatına əsasən bildirir  ki, dövlət başçısı əvvəlcə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin fəaliyyətini əks etdirən filmə baxıb. Sonra isə prezident ikinci dərəcəli sərhəd gözətçi gəmisində yaradılan şəraitlə tanış olub.

Yeni gəmi naviqasiya və rabitə-radiotexnika avadanlığı, müasir silahlar, o cümlədən raketlər və raket silahlarına qarşı kompleks, gecə-gündüz görmə müşahidə sistemləri və hidroakustik qurğu ilə təchiz edilib. Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələrini yerinə yetirə bilən və itisürətli qayıqla təchiz olunmuş sərhəd gözətçi gəmisinin uzunluğu 62 metrdir. Gəminin göyərtəsində helikopter meydançası da var.

Sonra prezident İlham Əliyev sərhəd gözətçi gəmilərinin keçidinə baxıb.

Yeni istifadəyə verilən itisürətli qayıqlar nüamyiş etdirilib. Bu qayıqlarda quraşdırılmış aşkaretmə qurğuları məhdud görmə şəraitində axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsinə, sərhəd növbətçilərinin çevikliyinin artırılmasına imkan yaradır.

Müasir tipli radioelektron və naviqasiya cihazları, qəza xilasetmə və digər avadanlığın quraşdırıldığı sərhəd gözətçi gəmiləri və katerlərinə malik olan Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi hazırda Xəzər dənizində hər cür hava şəraitində dövlət sərhədinin mühafizəsini təmin etmək iqtidarındadır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 


Digər xəbərlər:
Şərhlər
avatar