Səngəçalda qaz xəttində yenidən partlayış baş verib
10.01.2017 1295 0.0 0
Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində qaz xəttində yanğın olub.
 
Bildirək ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.
 
Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”, - deyə o bildirib.
Hadisə nəticəsində xəsarət alanların olub-olmaması barədə məlumat yoxdur.
 
SOCAR hadisənin baş verməsini təsdiqləyib. 
 
 
Xatırladaq ki, 2016-cı il dekabrın 27-də və cari ilin yanvarın 2-də Səngəçal qəsəbəsi ərazisində qaz xəttində partlayış baş verib./apa/
 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar