Şəmkirdə 18 yaşlı oğlanı qatar vurub
12.07.2017 428 0

Şəmkirdə 18 yaşlı oğlanı qatar vurub. Xəbərə görə, Şəmkir rayon Düyərli kənd sakini 18 yaşlı Babayev Kazım Həbib oğlu dəmiryol xəttini keçən zaman hərəkətdə olan elektrovoz onu vurub. Xəsarət alan şəxs dərhal xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /apa/
Digər xəbərlər:
Şərhlər