Şəhriyar Məmmədyarov dünya liderliyinə yaxınlaşır
01.03.2018 968 0.0 0

Şəhriyar Məmmədyarov birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) mart ayı üçün yeni reytinq siyahısı açıqlanıb.

FİDE-nin rəsmi saytına istinadən xəbər verilir ki, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov xallarının 2814-dən 2809-a enməsinə baxmayaraq, ikinci sıradakı mövqeyini qoruya bilib.

Hazırda o, birinci pillədəki norveçli dünya çempionu Maqnus Karlsendən 34 xal geri qalır.

Beləliklə, şahmatçımız martın 10-da Almaniyanın paytaxtı Berlində keçiriləcək İddiaçılar Turnirinə reytinq favoriti kimi başlayacaq. Çünki bu turnirin qalibi dünya çempionluğu uğrunda görüşdə məhz Karlsenlə üz-üzə gələcək.

Azərbaycanın digər şahmatçıları Teymur Rəcəbov 2748 xalla 18-ci, Rauf Məmmədov 2709 xalla 39-cu, Arkadi Naydiç isə 2701 xalla 45-ci yerlərdə yerləşib./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar