Səfirin yanmış meyiti tapıldı
30.12.2016 1020 0.0 0

Braziliyada Yunanıstanın itkin düşmüş səfiri Kiriakos Amiridisə məxsus yanmış avtomobil aşkarlanıb. Avtomobildə olan yanmış meyitin kimə məxsus olduğunu ekspertiza müəyyənləşdirəcək. “Röyters”ə istinadən verilən xəbərə görə, yanmış avtomobilin şəkli “Globo” telekanalının saytında dərc edilib. Avtomobil səfirin itkin düşdüyü Rio-de-Janeyronun Nova-İquasu bələdiyyəsi ərazisində aşkarlanıb.

 

Qeyd edək ki, ailəsi ilə birlikdə Rio-de-Janeyroda məzuniyyətdə olan 59 yaşlı səfir üç gün evdən gedib və bir daha geri dönməyib. K.Amiridisin həyat yoldaşı onun itkin düşməsi barədə polisi məlumatlandırıb./APA/ 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar