Səfirin qətlindən öncə Gülənin müdhiş mesajı - VİDEO
22.12.2016 2104 0.0 0

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun öldürülməsindən əvvəl FETÖ lideri Fətullah Gülənin son mesajı gündəmə gəlib.

Qazeta.info Publika.az-a istinadla xəbər verir ki, F.Gülənin son söhbəti herkul.org saytında dekabrın 18-də yayımlanıb. Son videosu isə səfirin öldürüldüyü 19 dekabr tarixindən yerləşdirilib.

Söhbət belə adlanırdı: Şərbət.

F.Gülənin söhbətə başlamamışdan öncə oturduğu yerdən qalxaraq, başqa stola əyləşməsi diqqət çəkib.

“Özünü kiçik gör, özündə əskiklik gör ki, nəzd-i Uluhiyetdə bir qiyaməti hərbiyəyə çatasan. Özünü böyük gördükcə, nəzd-i Uluhiyətdə heç bilmədən məruzu-sukut olarsan, düşməyə məruz qalarsan”, - deyə o bildirib.

F.Gülənin 15 iyul dövlət çevrilişi cəhdindən sonra da söhbətlərində tez-tez oturduğu yeri dəyişdirdiyi deyilir. FETÖ lideri bununla tərəfdarlarına “yerinizi dəyişdirin” mesajı verib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar