Səfir Ermənistanda tutulan azərbaycanlıya görə söz verdi
18.08.2015 540 0.0 0
 

Bu gün Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup üzvü iyulun 23-ü yolu azaraq Ermənistan tərəfə keçən Gürcüstanda yaşayan azərbaycanlı Turqay Mikayılovun azad edilməsi üçün Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında etiraz aksiyası keçirib.

Məlumata görə, QAT-ın sədri Akif Nağı aksiyanın başlamsına 1 saat qalmış Nərimanov polis idarəsinə aparılıb. İdarənin rəisi İsmayıl Əsədov onunla söhbət edərək bu aksiyanın icazəsiz olduğunu bildirib. 


Akif Nağı - QAT-ın sədri

Təşkilat sədrinin saxlanılmasına baxmayaraq QAT üzvləri aksiyanı davam etdirib. Polis qüvvələri aksiya iştirakçılarının qarşısını səfirliyin yaxınlığında kəsib. Nümayişçilər “Turqay Mikayılovu erməni əsirliyindən qaytarın!”, “Azərbaycan- Gürcüstan dostluğuna qarşı erməni təxribatlarına son qoyun!”, “Azərbaycanlılara qarşı erməni təxribatlarını dayandırın" yazılan plakatları və Azərbaycan bayraqlarını qaldırıblar. Aksiya iştirakçılarından Sevinc Axundova aksiyanın qətnaməsini oxuyub. 

Səfir Teymuraz Şaraşenidze iştirakçılardan Fəridə Əsgərova və Nəsib Cəfərovu qəbul edib. Onlar aksiyanın qətnaməsini səfirə təqdim ediblər.

Səfir ermənilərin girov götürdüyü azərbaycanlı ilə bağlı məsələlərə diqqətlə yanaşdıqlarını və nəzərə alacaqlarını bildirib. Daha sonra aksiya bitib.

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Faxralı kənd sakini 1980-ci il təvəllüdlü Turqay Lətif oğlu Mikayılov ərazidə qoyun otararkən siqaret almaq üçün dağdan enib və yolu azaraq Ermənistanın Cücə kəndinə keçib.

Turqay artıq 26 gündür ki, Ermənistanda həbsxanada saxlanılır./anspress/

 

 


Aksiyadan şəkillər


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar