Şəbnəm Tovuzlunu MTN-ə apartdıran iş adamı danışdı: «Onun adını…»
14.06.2016 1759 0.0 0
Müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması məsələsində adı hallanan iş adamı Famil Xəlilov musavat.com saytına müsahibə verib.
 
Biznesmen həbsdə olan MTN generalı Akif Çovdarovla ortaq olduğu, Ş.Tovuzlunun məcburi şəkildə MTN-ə aparıldığı barədə iddialara münasibət bildirib.
 
"Evrostroy-S" şirkətinin sahiblərindən biri olan Famil Xəlilov müsahibəsində Ş.Tovuzlu barədə suallara cavab vermək istəməyib: "Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın".
 
Biznesmen Akif Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Akif Çovdarovun "heç sifətini tanımır".
 
İş adamı MTN-ə aparılması barədə də danışıb. O bildirib ki, keçmiş şəriki R.Q.-dan MTN-ə şikayət edilibmiş, o da bu vasitə ilə MTN-ə gedib: "Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar".
 
Biznesmenin sözlərinə görə, MTN-də pulun kimə verildiyini bilmir, çünki pulu o yox, ortağı verib. Məhz bu səbəbdən də generalların həbsindən sonra onlardan şiklayət etməyib"./bizimyol.info/

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar