Rusiyalı nazir təyyarədə sərnişinə ilk tibbi yardım göstərib
20.09.2016 435 0.0 0

Rusiya səhiyyə naziri Veronika Skvortsova Moskva-Nyu-Yorka aviareysi ilə uçan təyyarədə sərnişinə ilk tibbi yardım göstərib.

 

“RİA Novosti”yə istinadən verilən məlumata görə, bunu Rusiya Səhiyyə Nazirliyinin ictimai sağlamlıq və kommunikasiyalar Departamentinin direktoru Oleq Salaqay təsdiqləyib.

 

Həmin təyyarə Sankt-Peterbuqrda məcburi eniş edib. Təyyarə havada olarkən halı pisləşən qadının xəstəxanaya aparıldığı bildirilir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar