Rusiyalı müğənni qatardan endirilərək Ukraynaya buraxılmayıb - VİDEO
23.04.2017 1052 0.0 0

Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb.

Məlumata görə, bu barədə müğənni "Facebook"dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.

"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – qeyd "Report".), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib.

Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib./Report/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar