Rusiyalı idmançılar öndə gedir
14.06.2015 725 0.0 0
Kelli Simm: "Medalların sayına deyil, oyunların keyfiyyətinə üstünlük veririk"

Milli Gimnastika Arenasında bazar günü qadınlar arasında keçirlmiş idman gimnastikasının çoxnövçülük finalı üzrə yarışlarda Rusiyanı təmsil edən idmançılar Aliya Mustafina və Viktoriya Komova komanda üzrə xalların sayını artırıblar.

Qazeta.info Bakı 2015 birinci Avropa Oyunları Təşkilat Komitəsinə istinadla bildirir ki, Rusiya yığması müxtəlif hündürlüklü qollar üzrə yarışda və ayrı-ayrı hərəkətlər üzrə dayaqla tullanma yarışlarında uğurlu nəticələr göstərib. Belə ki, yığma topladığı 60,165 xalla Macarıstan və Böyük Britaniyanı geridə qoymağı bacarıb.

İkinci yeri tutan gimnast Komova, müxtəlif hündürlüklü qollar üzrə yarışda qələbə qazandıqdan sonra rusiyalı komanda yoldaşı Mustafinaya, komandasının qalib gələcəyinə əmin olduğunu söyləyib. O, sahib olduqları yerı qoruyub saxlayacaqlarına ümid edir.

Mustafina və  Komova London 2012 Olimpiya Oyunlarında iştirak ediblər. Mustafina bir qızıl, bir gümüş və iki bürünc medal əldə edib. Komova isə iki gümüş medala sahiblənib.

Qadınlar arasında keçirilmiş idman gimnastikası üzrə ayrı-ayrı hərəkətlər üzrə təmsil etmiş britaniyalı gimnast Kelli Simm hesab edir ki, onun komandası bazar ertəsi keçirilmiş yarışlarda fəxri kürsüyə çıxmağa deyil, keyfiyyətli nəticələrə daha çox üstünlük verir:

Biz həqiqətən medallar uğrunda düşünmürük. Biz turnikdə yaxşı nətcə göstərmək istəyirik və sonra da özümüzün döşəmə üzərində çıxışlarımızı göstərmək istərdik.-Kelli Simm

Komandaların final və təsnifat oyunlarının birinci gününün ikinci sessiyası bazar günü keçirilərək, eyni gündədə başa çatacaq. Əldə olunan nəticələrə əsasən idman gimnastikası üzrə qadınlar arasında keçirilmiş yarışlarda idmançılar, cümə axşamı çoxnövçülük yarışlarının final mərhələsinə keçid alacaqlar. Şənbə günü isə ayrı-ayrı hərəkətlər üzrə çıxışların final mərhələsi keçiriləcək.

 

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar