Rusiyalı dənizçilər türk gəmisinə atəş açdı
13.12.2015 556 0.0 0

Egey dənizində Rusiya və Türkiyə gəmilərinin iştirakı ilə baş verən insidentə görə Türkiyənin hərbi attaşesi təcili surətdə Rusiya Müdafiə Nazirliyinə çağrılıb.

Məlumata görə, bu haqda Rusiya müdafiə nazirliyinin bəyanatında bildirilir. 

Dekabrın 13-ü Moskva vaxtı ilə saat 09:03-də Egey dənizində Rusiya hərbi dəniz qüvvələrinə məxsus “Smetlivı” mühafizəçi gəmisinin ekipajı Türkiyəyə məxsus balıqçı gəmisi ilə toqquşmadan qaçmaq üçün odlu silahdan istifadə edib.

Rusiya müdafiə nazirliyinin məlumatına görə, “Smetlivi” ekipajı türk gəmisinin onlardan sadəcə 1 km uzaqlıqda olduğunu görüb və rasiya vasitəsi ilə türk ekipajı ilə əlaqə yaratmağa cəhd etsədə bu alınmayıb. Türk gəmisinin rus gəmisinə 600 metr yaxınlaşdığını görən rusiyalı ekipaj odlu silhadan atəş açıb. Bundan dərhal sonra Türkiyəyə məxsus gəmi kəskin şəkildə kursunu dəyişərək “Smetlivı” ekipajı ilə əlaqəyə girmədən hərəkətini davam etdirib.

İnsident Yunanıstanın Limni adasından 22 km aralıqda qeydə alınıb. 

 

İnsident Yunanıstanın Limni adasından 22 km aralıqda qeydə alınıb. 


 

 


Rusiya hərbi dəniz qüvvələrinə məxsus "Smetlivı" mühafizəçi gəmisi

 

Bu insident Rusiya-Türkiyə münasibətlərini daha da gərginləşdirə bilər. İki ölkə arasında münasibətlər Türkiyə tərəfindən Suriya-Türkiyə sərhədində Rusiyaya məxsus hərbi təyyarənin vurulmasından sonra kəskinləşib.

Rusiyaya məxsus Su- 24 hərbi təyyarəsi noyabrın 24-də Türkiyə F-16 qırıcısı ilə vurulub. Təyyarə Türkiyənin hava sərhədini pozduğu üçün vurulub.

 

 


Suriya -Türkiyə sərhədində təyyarənin düşməsi

 

Prezident Vladimir Putin hadisəni terrorçuların əlbirləri ilə Rusiyaya arxadan vurulan zərbə adlandırıb. Hadisədən sonra iki ölkə arasında gərginlik artıb - Rusiya Türkiyəyə qarşı sanksiyalar tətbiq edib, "Türk axını" layihəsini dayandırıb./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar