Rusiyadan təcili iclas tələbi: Türkiyə ordusu Suriyaya girir
20.02.2016 657 0.0 0

21:57 / Rusiyanın növbədənkənar iclas tələbi

Rusiya Türkiyənin Suriyanın şimalına ordu yeritmək planları ilə BMT Təhlükəsizlik Şurasının növbədənkənar toplantısını çağırıb.

Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova açıqlama verib.

Onun sözlərinə görə, Suriya-Türkiyə sərhədində vəziyyətin gərginləşməsi və Türkiyənin öz qoşunlarını Suriyanın şimalına yeritmək planlarını elan etməsi ilə əlaqədar olaraq regionda vəziyyət daha da gərginləşməkdədir.

"Biz İŞİD silahlılarının Suriya ərazisinə keçməsi və orada terrorçu bazalarının yaradılmasından narahatıq. Bu cür hərəkətlər Suriyada siyasi tənzimlənmə mexanizmlərinin işə salınmasına əngəl törədir", - Zaxarova bildirib.

 

 Mariya Zaxarova - Rusiya XİN nümayəndəsi

Diplomat bildirib ki, bununla əlaqədar olaraq, Rusiya bu gün BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb. Məqsəd bu məsələnin müzakirəsi, Suriyanın ərazi bütövlüyünü və suverenliyini pozan, BMT TŞ-nin 2254 saylı qətnaməsinə, həmçinin Suriyada sülh prosesinin başlamasına yönəlmiş səylərə uyğun gəlməyən belə hərəkətlərin dayandırılmasını tələb edən qətnamə layihəsinin təqdim edilməsidir.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi isə bildirib ki, Rusiyanın tələbi əsasında bu gecə Bakı vaxtı ilə saat 00:00-da ABŞ-ın Nyu-York şəhərində BMT Təhlükəsizlik Şurasının məsləhətləşmələri başlayacaq. BMT TŞ Suriya-Türkiyə sərhədindəki vəziyyəti müzakirə edəcək./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar