Rusiyadan Azərbaycana gələn reyslər niyə azaldıldı? (FOTO)
03.07.2015 610 0.0 0

Rusiyanın Azərbaycana dəmiryol reyslərini sayının azaltmasının səbəbi məlum olub.

Məlumata görə, “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin RF prezidenti Vladimir Putinlə görüşündə bu məsələyə aydınlıq gətirib. Onun sözlərinə görə, iqtsadi cəhətdən səmərəli olmadığı üçün bəzi şirkətlər reysləri azaltmağa başlamışdı. 

Bununla yanaşı, regiondakı ölkələrdən Rusiyaya sərnişindaşınmanın kəskin azalması bəzi reyslərdə ixtisarlara səbəb olub. Yakunin bildirib ki, regionda bütün istiqamətlərdə sərnişindaşıma ilə bağlı sərhədyanı ölkələrlə yeni müqavilələr imzalanıb. “Rusiya Dəmir Yolları” ASC-nin rəhbərinin sözlərinə görə, Rusiya prezidentinin müdaxiləsindən sonra razılaşmaya əsasən, regionlar ləğv edilmiş marşrutlar dərhal bərpa edilib: "Düzdür, bu həcmdə daşınmanı elektrik qatarları ilə həyata keçirmək sadəcə əlverişsizdir. Ancaq biz bu məsələ ətrafında bir həll yolunu tapacağıq. Bəzi istiqamətlərdə elektrik qatarlardan istifadə edənlərin sərnişinlərin sayı xeyli azalıb", - deyə Yakunin əlavə edib.

 

Rusiya prezidenti Vladimir Putin (solda), “Rusiya Dəmir Yolları” ASC-nin prezidenti Vladimir Yakunin (sağda)

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti daha əvvəl bəyan etmişdi ki, “Rusiya Dəmir Yolları” ASC iqtsadi cəhətdən səmərəli olmadığı üçün 2014-cü ilin dekabrından Azərbaycana dəmiryol reyslərinin reallaşdırılmasını dayandırıb. Dekabrın 16-dan Rostov-Bakı, dekabrın 18-dən Tümen-Bakı, dekabrın 20-dən isə Moskva-Bakı dəmiryol sərnişin reysinin reallaşdırılması dayandırılıb. Sonradan 11 mart 2015-ci ildə dəmir yolunda beynəlxalq sərnişin daşımalarında tariflər təxminən 25% artmışdı. Bu artım Rusiya, Ukrayna və Gürcüstan dövlətlərində milli valyutanın İsveçrə frankına olan məzənnəsi dəyişdiyinə görə, beynəlxalq sərnişin daşımalarında İsveçrə frankına uyğun tənzimlənən tariflərə müvafiq olaraq tətbiq edilmişdi.

 



"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti bununla əlaqədar olaraq, "Rusiya Dəmir Yolları" və Gürcüstan Dəmir Yollarına beynəlxalq sərnişin daşıma tariflərinin aşağı salınması barədə müraciət etmişdi. 

 

Mayın 20-21-də MDB və Baltikyanı ölkələrin Dəmr Yolu Nəqliyyatı Şurasının növbəti 62-ci iclası Belorus Respublikasının paytaxtı Minsk şəhərində keçirilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun telefonla verdiyi məlumatda bildirilir ki, tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib. 

"Rusiya Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyətinin Prezidenti Vladimir Yakunin və "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov birgə Əməkdaşlıq haqqında Memorandum imzalayıblar.

Memorandumda qurumlar arasında beynəlxalq sərnişin və yük daşınmasının təmin edilməsi sahəsində mövcud birgə əməkdaşlıq səviyyəsini nəzərə alaraq, hər iki ölkənin dəmir yolu nəqliyyatında texnoloji birliyin qorunması və inkişaf etdirilməsi, dəmir yolu nəqliyyatı sahəsində qarşılıqlı sıx əməkdaşlıq əsasında hər iki dövlətin iqtisadi-nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi üçün bir sira müddəalar öz əksinin tapıb.

Memoranduma əsasən Rusiya ilə Azərbaycanın geosiyasi vəziyyəti nəzərə alınaraq, əməkdaşlığın əsas məqsədi Beynəlxalq Avrasiya "Şimal-Cənub" nəqliyyat dəhlizi çərçivəsində İran-Azərbaycan-Rusiya-Avropa istiqamətində daşıma həcminin artırılması üçün hər iki dövlətin tranzit dəmir yolu nəqliyyatı potensialından maksimum dərəcədə istifadə edilməsi,"Samur-Yalama" beynəlxalq sərhəd-keçid məntəqəsinin fəaliyyətinin gücləndirilməsi,sənədlərin elektron üsulla işlənməsi üçün mütərəqqi texnologiyaların tətbiq edilməsi, maliyyə öhdəliklərinin yerinə yetirilməsi, Sərnişin daşınması üzrə tarif rəqabət həddinin müəyyən edilməsi, yük vaqonlarından hər iki dövlətin ərazisində səmərəli istifadə olunması və əməkdaşlıq məsələlərinin həll edilməsi məqsədilə bir ay müddətində İşçi Qrupun yaradılması nəzərdə tutulur./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar