Rusiyada təyyarə qəzaya uğrayıb
30.03.2016 583 0.0 0

Rusiyada SU-25 təyyarəsi qəzaya uğrayıb.
 
TASS-a istinadən verilən məlumata görə, Rusiya Müdafiə Nazirliyindən (MN) bildirilib ki, qəza martın 30-da hücum təyyarəsi təlim uçuşları yerinə yetirərkən baş verib.
 
Təyyarə Şərq Hərbi Dairəsinin Çerniqovka aerodromuna eniş edərkən qəzaya uğrayıb.
 
"Təyyarəçi katapult edib, onun sağlamlığına təhlükə yoxdur. Uçuş döyüş komplektləri olmadan həyata keçirilirmiş. Yerdə də hər hansı dağıntı və ölüm halı baş verməyib", - deyə MN-dən bildirilib.  
 
İlkin məlumata görə, qəzaya təyyarənin mühərriklərinin sıradan çıxması səbəb olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar