Rusiyada irimiqyaslı əməliyyat-Azərbaycanlı avtoritetlər tutuldu
31.03.2016 580 0.0 0

Bu gecə Rusiyanın Yekaterinburq şəhərində kriminal avtoritet olan təxminən 200 azərbaycanlı saxlanılıb. Məlumata görə, əməliyyat axtarış tədbirləri Rusiya Federasiyasının federal təhlükəsizlik xidmətinin iştirakı ilə Uralmaş rayonunda yerləşən kafelərdən birində keçirilib. 


Polis nümayəndələrdən əldə olunan məlumatlara görə, Ağayar adlı şəxs özünə yubiley keçirmək adı altında insanları kafeyə toplayıb. Ağayarın dəvətini Pervauraskdan Əli, Xantı-Mansıskdan Cumanşir, Kamışlovdan Vaqif və Permdən başqa bir neçə avtoritet qəbul edib. Burada o, özünü Azərbaycan diasporuna baxacaq kimi təqdim etməyə hazırlaşıbmış. 

Rusiya DİN Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelixin verdiyi məlumata əsasən, kafedə xüsusi əməliyyat keçirilən zaman oradan narkotik maddə, bıçaq, həmçinin, dəyənək aşkar olunaraq, götürülüb.

Polislərdən başqa, hadisə yerinə Rusiya Federasiyasının federal təhlükəsizlik xidmətinin əməkdaşları da cəlb olunub. Məlum olub ki, bu, son illər ərzində həyata keçirdikləri ən böyük əməliyyatlardan olub.


Məlumatlara görə, saxlanılanların hamısı DİN-nin mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinə gətiriliblər. Bölməyə Azərbaycan konsulluğunun əməkdaşları da gəliblər.  Azərbaycan diaspor nümayəndələrinin sözlərinə görə, saxlanılan şəxslərin başqa cinayət işlərində də iştirak edib-etməmələri araşdırılıb./anspress/

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar