Rusiyada ardıcıl iki zəlzələ baş verib
05.09.2017 827 0.0 0

Rusiyanın Kamçatka sahillərində bir-birinin ardınca iki zəlzələ baş verib.

 

“İnterfaks” agentliyinə istinadən verilən xəbərə görə, 4,6 bal gücündə ilk zəlzələ Komandor adaları yaxınlığında qeydə alınıb. Yeraltı təkanların episentri Petropavlovsk-Kamçatsk şəhərindən 716 km şimalda, ocağı 174 km dərinlikdə yerləşib.

 

Episentri Kronotskiy burnu yaxınlığında yerləşən 4,0 maqnitudalı ikinci zəlzələ  Petropavlovsk-Kamçatsk şəhərindən 356 km şimalda qeydə alınıb, yeraltı təkanların ocağı 21 km dərinlikdə yerləşib.

 

Yaşayış məntəqələrində zəlzələ hiss edilməyib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar