Rusiyada 25 yaşlı azərbaycanlı tutulub (VİDEO)
29.05.2015 613 0.0 0

Rusiyada azərbaycanlı kişi həbs edilib.  Rusiya mətbuatına istinadla verilən məlumata görə, saxlanılan Nemət İlham oğlu Rəşidov adlı şəxs polisin qətlində şübhəli bilinir. 

"LifeNews" saytı 25 yaşlı gəncin ilkin sorğu-sualı zamanı çəkilən videosunu yayıb. 
O, kiçik çavuş Andrey Banovun vəhşicəsinə qətlində ittiham edilir. O, nəinki bu cinayəti, həm də terminal soyğununu etiraf edib. 

Məlumata görə, Rəşidov bu gecə saxlanılıb. Polis onun gizləndiyi mənzili müəyyən edərək, evə xüsusi təyinatlıların köməyi ilə basqın edib. 

Xatırladaq ki, kiçik çavuş A.Bannov Rusiyanın paytaxtı Moskvada may ayının 27-də ödəmə terminalını soyanları yaxalamağa çalışarkən qətlə yetirilib. Ona ölümcül olan 3 bıçaq zərbəsi vurulub. 

Soyğunçular "Qazel" markalı maşını da hadisə yerində qoyaraq qaçıblar. /anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar