Rusiya yeni savaşa hazırlaşır
08.06.2015 669 0.0 0

Qərb Moldovanın separatçı Dnestryanı bölgəsində potensial münaqişənin qarşısını almalıdır. Burada Rusiya-Ukrayna münaqişəsinə oxşar vəziyyət yarana bilər."

Məlumata görə, bunu Vladimir Frolov adlı müəllif «The Moscow Times» qəzetində yazıb.

Məqalədə deyilir ki, mayın 21-də Ukrayna parlamenti Rusiya ilə hərbi əməkdaşlığın dayandırılmasına səs verib. Bununla 1995-ci il sazişi qüvvəsini itirib. Bu saziş Rusiyaya Ukrayna ərazisindən Dnestryanıdakı qüvvələrinə çıxış üçün tranzit hüququ verirdi. Eyni zamanda Moldova Rusiya hərbçilərinin Kişinyov aeroportu ilə gediş-gəlişi qaydalarını sərtləşdirib.

Yazıda vurğulanır: "Rusiya hərbi təyyarələrinin Ukrayna üzərindən uçuşuna qadağa qoyulması Moskvaya tammiqyaslı hərbi reaksiya üçün əsas verə bilər. Dumanın sədr müavini Sergei Seleznyak deyib ki, Dnestryanı bölgədə Rusiya qüvvələrinə hücum Ukrayna ilə müharibə və «Rusiyanın Kiyev üzərinə yürüşü» anlamına gəlir."

Müəllifin fikrincə, Rusiyanın Dnestryanı bölgədəki qüvvəsi hücum əməliyyatları üçün böyük deyil, Krımdan Odessaya hücum isə indiki halda Rusiya ordusunun imkanı xaricindədir. Sonrakı məqsəd separatçı nəzarətini genişləndirmək ola bilər. Rusiya onları suveren dövlətlər kimi tanıya, özü üçün Ukraynaya qarşı böyük bufer zona qazana bilər. Bunun qarşısını almaq naminə Qərb Moldova ilə işləməli, Dnestryanı bölgədəki Rusiya qüvvələrinin Kişinyov aeroportu vasitəsilə təchizatına icazə verilməlidir. Qüvvələrin artırılmamasına ATƏT missiyası nəzarət etməlidir. Ancaq tezliklə işə başlamaq lazımdır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar