Rusiya XİN Moskva-Bakı münasibətlərinə dair məlumat yayacaq
22.02.2017 925 0.0 0

Rusiya Xarici İşlər Nazirliyi Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü ilə əlaqədar məlumat yayacaq.
 
Məlumata görə, bunu Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova keçirdiyi brifinqdə söyləyib.
 
M. Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi bu tarixə böyük önəm verir. O bildirib ki, bununla bağlı yaxın vaxtlarda Rusiya XİN-in saytında iki ölkə arasındakı münasibətlərə dair geniş məlumat yerləşdiriləcək. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar