Rusiya XİN-in brifinqini Şaxta baba açıb
28.12.2017 855 0.0 0

Rusiya Xarici İşlər Nazirliyinin ənənəvi brifinqi Şaxta babanın aparıcılığı ilə başlayıb.

 

Qazeta.info APA-nın məlumata əsasən bildirir ki, Rusiya XİN-in brifinq zalı Yeni il bayramı ilə əlaqədar bəzədilib. Xarici jurnalistlər XİN sözçüsü Mariya Zaxarovanı gözlədiyi vaxt, tribunaya onun əvəzinə Şaxta baba çıxıb.
 

Şaxta baba jurnalistlər tərəfindən ona göndərilən məktubları oxuyub qurtardıqdan sonra brifinqi davam etdirmək üçün Mariya Zaxarovanı tribunaya çağırıb. Zaxarova jurnalistlər üçün hədiyyə istəsə də, Şaxta baba hədiyyə verməkdən boyun qaçırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar