Rusiya XİN: ABŞ-a qarşı cavab tədbirləri hazırlanıb
28.06.2017 717 0.0 0

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvanın ABŞ-ın Rusiya diplomatlarına 2016-cı ilin dekabrında tətbiq etdiyi sanksiyalara cavab tədbirləri hazırladığını bildirib.

"Gazeta.ru"ya istinadən xəbər verilir ki, o, bununla bağlı "Rossiya 1" telekanalına müsahibəsində qeyd edib.

"Cavab tədbirləri hazırdır" – deyə o vurğulayıb.

Bununla yanaşı, Zaxarova əlavə edib ki, bu məsələ yalnız Xarici İşlər Nazirliyi tərəfindən həll ediləcək./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar