Rusiya və Türkiyə Suriyada atəşkəs barədə razılığa gəlib
28.12.2016 887 0.0 0

Rusiya və Türkiyə Suriya münaqişəsi ilə bağlı hərtərəfli atəşkəs planı barədə razılığa gəlib.

 

Bildirək ki, bu barədə “Anadolu" agentliyi məlumat yayıb. Planın Suriyadakı münaqişə tərəflərinə təqdim olunması nəzərdə tutulur.

 

Razılaşma müxalifət və hökumət qüvvələri arasında silahlı toqquşmaların baş verdiyi bütün ərazilərə aid ediləcək. Tərəflərə hərbi əməliyyatları dekabrın 29-u yerli vaxtla saat 00:00-da dayandırmaq təklif olunacaq.

 

Dayanıqlı atəşkəs əldə olunduqdan sonra Suriya hökuməti və müxalifət Türkiyə və Rusiyanın dəstəyi ilə Astanada münaqişənin həlli ilə bağlı siyasi müzakirələrə başlayacaq. /APA/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar