Rusiya Türkiyə qoşunlarının Suriyadakı əməliyyatlarından narahatıq bildirib
07.09.2016 656 0.0 0

Rusiya tərəfi Türkiyə qoşunlarının və onların dəstəklədiyi silahlı müxalif qüvvələrin Suriya ərazisində irəliləməsindən ciddi narahatdır.
 
Məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir. 
 
"Diqqətə çatdırmaq istəyirik ki, bu fəaliyyət Suriyanın qanuni hakimiyyəti ilə razılaşdırılmayıb və BMT Təhlükəsizlik Şurası buna razılıq verməyib. Bununla da Suriya Ərəb Respublikasının suverenliyini və ərazi bütövlüyünü şübhə altına alınır. Dəməşqin mövqeyi beynəlxalq hüquq nöqteyi-nəzərindən ədalətli və doğru mövqedir", - deyə bəyanatda qeyd olub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar