Rusiya Suriya danışıqlarına kürdlərin cəlb edilməsini istəyir
04.03.2017 846 0.0 0

"Rusiya Suriya üzrə danışıqlarda kürdlərin və Astana platformasına daxil olan müxalifət nümayəndələrinin iştirakını vacib hesab edir".
 
TASS-a istinadən verilən məlumata görə, bunu Rusiyanın Cenevrədə BMT-nin bölməsi yanında daimi nümayəndəsi Aleksey Borodavkin deyib.
 
O, onların Cenevrədəki danışıqların dördüncü mərhələsinə dəvət edilməməsindən təəssüfləndiyini bildirib. Borodavkin əlavə edib ki, Cenevrədəki görüşə Suriya müxalifətinin digər nüfuzlu nümayəndələri də dəvət olunmayıb.
 
Qeyd edək ki, Suriya müqaqişəsində PKK-nın Suriya qolu sayılan PYD və YPG kürd terror qruplaşmaları iştirak edir. Türkiyə kürdlərin Suriya danışıqlarına cəlb edilməsinin əleyhinədir. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar