Rusiya səhvən kürdləri bombaladı, xeyli itki var
23.02.2016 691 0.0 0


Rusiya pilotları səhvən kürdləri bombalayıb.  Məlumata görə, hadisə fevralın 20-də Suriya İraq sərhədinin Haseki əyalətinin cənub-şərqində yerləşən Əl-Hol rayonunda baş verib.

Rus pilotlar hava hücümü zamanı səhvən YPG kürd terror təşkilatının düşərgələrini bombalayıb. Vurulan düşərgənin YPG-nin əhəmiyyətli bir qərargahı olduğu hücumdan dərhal sonra aydın olub.

Çoxlu sayda itki verən YPG bu hadisədən sonra böyük bir qarışıqlıq yaşayıb. Verilən məlumata əsasən, kürd təşkilatı xeyli sayda canlı qüvvə ilə yanaşı ciddi maddi itkilərə məruz qalıb. 

 

YPG kürd terror təşkilatı

 

Rus pilotları bir müddət əvvəl də Suriya rejiminə aid əhəmiyyətli bir düşərgəni səhvən bombalayıb
Əhəmiyyətli dərəcədə itki verən YPG rəsmiləri bu hadisəyə görə həm Suriya rejiminə, həm də Rusiyaya sərt bir mövqe sərgilənməsi lazım olduğu barədə fikirlə razılaşıb və bunu tərəflərə çatdırıblar. Rusiya bu hadisəyə görə, təəssüf hissi keçirdiyini, pilotların koordinatları səhv saldığını, bombardmanın nəticələrini kompensasiya etmək üçün lazım olan hər şeyi etməyə hazır olduqlarını bildirib.

Suriya rejimi isə bu səhvin onlardan qaynaqlanmadığını, bunun Rusiya ilə bağlı olduğunu qeyd edib. Onlar Rus pilotların bir müddət əvvəl də Suriya rejiminə aid əhəmiyyətli bir düşərgəni səhvən məhv etdiyini vurğulayıblar.

PKK terror təşkilatının Suriya qolu olan PYD-nin hərbi törəməsi olan YPG kürd terror təşkilatının rəhbərliyi bu cür hadisənin bir daha təkrarlanacağı halda çox ciddi tədbirlər görəcəklərini bildiriblər./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar