Rusiya qoşunu Ermənistandan Gürcüstana girə bilər
26.07.2015 906 0.0 0

Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazasından Gürcüstana qarşı istifadə edilə bilər.

Bu barədə Gürcüstanın Sosial Elmlər Mərkəzinin eksperti Kristina Marqvelaşvili erməni portalına müsahibəsində bildirib. 

Onun fikrincə, Gümrü bazası gürcü toplumunda neqativ ovqat doğurur. “Bizdə belə bir hissiyat var ki, Rusiya hərbi bazası Gürcüstan üçün təhlükədir. Məsələn, Abxaziyada və ya başqa yerlərdə mümkün konfliktlər zamanı ondan əleyhimizə istifadə oluna bilər” – qeyd edib Marqvelaşvili.

Bununla belə, ekspert məsələni şişitrməyin, Rusiyadan alınan istənilən silahın Gürcüstan əleyhinə yönəldiləcyi fikrinin də tərəfdarı olmadığını söyləyib. “Ancaq təkrar edirəm: Ermınistandakı Rusiya hərbi mövcudluğundan Gürcüstan əleyhinə istifadə oluna bilər”, - deyə o fikrini tamamlayıb. / musavat.com/

 


Ekspert Kristina Marqvelaşvili

 

Ermənistanın Gümrü şəhərindəki 102 saylı Rusiya hərbi bazası 1995-ci ildən bu günə qədər fəaliyyət göstərir. Hərbi bazada 5 minədək hərbçi var. Gürcülər dəfələrlə bəyan ediblər ki, Gümrüdəki 102 saylı hərbi baza Gürcüstan üçün təhlükə olaraq qalmaqdadır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar