Rusiya prezidentinin yeni hədiyyəsi
02.09.2015 741 0.0 0

Rusiya prezidenti Vladimir Putin12 yaşlı məktəbli Zlata Kislisinaya it hədiyyə edib.

Məlumata görə, sentyabrın 1-də Lyubertsı rayonunun başçısı Vladimir Rujiskiy Malaxovkanın qəsəbəsinin sakini 6-cı sinif şagirdi Zlata Kislisinaya yorkşir teryeri cinsindən olan it hədiyyə edib.

V.Putin məktəbli qızın istəyini yerinə yetirib. Belə ki, məktəbli ölkə prezidentinə avqustun 8-i məktub ünvanlayıb. 

Məktubda deyilir: Hörmətli Vladimir Putin! Mən Malaxovkanın Moskva ətrafı qəsəbəsində yaşayıram, altıncı sinifə keçirəm. Yaxşı oxuyuram, "üçsüz".
Mən öz anam və böyük qardaşımla birgə yaşayıram. Mən bilirəm ki, siz heç vaxt uşaqlara heyvan hədiyyə etməkdən imtina etməmisiniz və mən sizə, mənə küçük hədiyyə etmək xahişiylə müraciət etməyə qərar verdim. Siz mənim xahişimi yerinə yetirsəniz mən sizə çox minnətdar olaram"

Bundan əlavə qeyd edək ki, bu ilin 23 iyul tarixində Rusiya prezidenti Vladimir Putin qırğızıstanlı məktəbli qıza nyufaundlend cinsindən olan it balası hədiyyə edib.

Məktəbli 16 aprel tarixində Vladimir Putinə elektron məktub ünvanlayıb. Məktubda V. Putindən ona nyufaundlend cinsindən olan it hədiyyə etməsini xahiş edib. Qızın valdeyinlərinin bu məktubdan xəbəri olmayıb. Buna baxmayaraq qızın valdeyinləri evdə it saxlamağa qarşı çıxıblar.

Hədiyyəni Rusiya Federasiyasının Qırğızıstandakı səfiri Andrey Krutko məktəbliyə təqdim edib. Canlını əvvəl Qazaxıstanda it sığınacağında tapdıqdan, sonra Qırğızıstana gətiriblər. Həddiyəni qıza həmin sahənin qubernatoru təqdim edib. Qız iti Dar adlandırıb.

Vladimir Putinin Qırğızıstanlı məktəbli qıza hədiyyəsi/anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar