Rusiya prezidenti Suriyaya dair yeni təkliflə çıxış edib
22.11.2017 795 0.0 0

Rusiya prezidenti Vladimir Putin Türkiyə və İranın dövlət başçılarına Suriyaya dair yeni təklif verib.

Bu barədə "RİA Novosti"yə istinadən xəbər verilir.

"Dağıntıların miqyası olduqca böyük olduğundan, Suriyada quruculuq-bərpa işlərinə dair kompleks proqramın işlənib hazırlanması haqqında birlikdə düşünmək olar", - V.Putin Soçidə Rəcəb Tayyib Ərdoğan və Həsən Ruhani ilə görüşdə qeyd edib.

Onun sözlərinə görə, Türkiyə və İran rəhbərləri ilə qəbul edilən birgə qərarlardan sonra yüz minlərlə qaçqın artıq doğma ocaqlarına qayıdır. /Report/


Teqlər:Rusiya prezidenti

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar