Rusiya ordusu hücuma hazırlaşır
03.02.2016 894 0.0 0

Rusiya Ukraynaya hərbi müdaxiləyə hazırlıq aparır və açıq münaqişənin başlaması ehtimalı indi keçən ildəkindən daha yüksəkdir.

Məlumata görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib. Almaniyanın "Bild" nəşrinə müsahibəsində Poroşenko yenidən Rusiyanı Avropanın digər ölkələri və Ukrayna üçün təhlükə yaratmaqda itiham edib.

Prezident deyib ki, Ukrayna ərazisində hazırda 8 min Rusiya hərbçisi var, sərhəddə isə yeni Rusiya hərbi bazası yaradılıb: "Rusiya müharibəyə hazırlıq işinə xərcləri xeyli artırıb, biz isə bu barədə heç bir izahat almırıq".

Ukraynanın şərqində silahlı münaqişə 2014-cü ilin aprel ayında başlayıb. Ukrayna rəsmiləri Rusiyanı hərbi təcavüzə görə ittiham edir və ölkə ərazisində Rusiya qoşunlarının mövcudluğu barədə dəfələrlə bəyanatlar veriblər.

 


Pyotr Poroşenko - Ukrayna prezidenti

 

Poroşenko 2015-ci ilin sentyabr ayında ölkənin yeni hərbi doktrinasını təsdiqləyib. Həmin doktrinada Rusiya təcavüzkar və işğalçı adlandırılıb. Moskva isə öz növbəsində hərbi münaqişədə iştirakını təkzib edir və hərbi münaqişənin inkişafına görə Kiyev hakimiyyətini ittiham edir.

Uzun müddət davam edən müharibə nəticəsində Ukraynanın şərqində "Donetsk və Luqansk xalq respublikaları" elan edildi, daha sonra Minskdə atəşkəs haqqında razılıq əldə olundu. Lakin hələ də atəşkəs rejiminə məhəl qoyulmur.

Əvvəlcə separatçılardan canlı qüvvə və texnika sarıdan bir neçə dəfə üstün olan Ukrayna ordusunun üstünlüyü hazırda kəskin azalıb. Belə ki, Ukrayna qüvvələri hazırda 45-50 minlik canlı qüvvəyə malikdir (mühasirədəkilər də nəzərə alınmaqla), separatçılar isə artıq 20-25 minlik orduya, yüzlərlə tanka və digər hərbi texnikaya malikdir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar