Rusiya nüvə silahını işə salır – VİDEO
18.04.2017 1372 0.0 0

Rusiyanın “Russian Helicopters” şirkəti həm hava, həm də dəniz hərbi əməliyyatlarında istifadə olunan əfsanəvi “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlayır.

Xarici mediaya istinadən xəbər verilir ki, bu barədə “Russian Helicopters” şirkəti açıqlama yayıb.

Açıqlamada deyilir ki, yaxın vaxtlarda “Mi-14” model nüvə vertolyotlarının yenidən istehsalına başlanılacaq. Yeni “Mi-14” döyüş vertolyotları 800 metr dərinlikdə üzən sualtı atom gəmilərini belə görmək imkanına malik olacaq.

Qeyd edək ki, “Mi-14” döyüş vertolyotları düşmənin sualtı atom gəmilərini “5F48” tipi nüvə bombası ilə vurmaq imkanına malikdir. Sovet İttifaqı dağıldıqdan sonra 1992-ci ildə “Mi-14” vertolyotlarının yerinə “Ka-27” model helikopterlər istehsal edilməyə başlayıb./Publika.az/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar