Rusiya neft hasilatına görə 25 illik rekordunu yeniləyib
07.09.2016 609 0.0 0

Rusiyada neft hasilatının orta sutkalıq həcmi sentyabrın əvvəlindən sutkada 11 mln. bareldən çox təşkil edib.

 

“RİA Novosti”yə istinadən verilən xəbərə görə, bu barədə Rusiya Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsinin məlumatında bildirilir.    

 

“Bloomberg”in məlumatına görə, müvafiq göstərici bundan əvvəl 1991-ci ildə qeydə alınıb.  

 

Məlumata görə, avqustda bu göstərici iyul ayı ilə müqayisədə 1,4 faiz aşağı düşərək, sutkada 10,71 mln. barel təşkil edib. /apa/


Digər xəbərlər:
Şərhlər
avatar