Rusiya ilə Türkiyə arasında `Türk axını` üzrə saziş imzalanıb
10.10.2016 589 0.0 0

 İstanbulda Rusiya ilə Türkiyə arasında “Türk axını” üzrə saziş imzalanıb.
 
TASS agentliyinə istinadən verilən xəbərə görə, sənədi iki ölkənin Energetika nazirləri imzalayıb.
 
İmzalanma mərasimində Türkiyə və Rusiya prezidentləri iştirak edib.
 
Bu gün İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş keçirilib.
 
Qeyd edək ki, “Türk axını” Qara dənizdən keçməklə Türkiyə-Yunanıstan sərhədinə qədər qaz kəmərlərinin çəkilməsini nəzərdə tutur./apa/
 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar